SƏFİRİN SÖZLƏRİ TƏHRİF OLUNUB

15 fevral 2008-ci il tarixində ölkə mətbuatı, xüsusilə iqtidaryönümlü qəzetlər Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinə istinadən məlumat yayıb ki, partiya sədrinin müavini və icra katibi Əli Əhmədov fevralın 14-də İsveçrənin Azərbaycandakı səfiri Alain Quidetti ilə görüşmüşdür.

Məlumatda bildirilirdi ki, səfir söhbət zamanı Azərbaycanda söz və mətbuat azadlığının tam təmin olunduğunu qeyd edib və jurnalistlərin sərbəst fəaliyyəti üçün geniş imkanların mövcudluğunu təqdirəlayiq hal kimi qiymətləndirib.
Səfirin hansı əsaslarla belə bir mövqe nümayiş etdirməsinə aydınlıq gətirməsi məqsədilə RATİ Alain Quidettiyə fevralın 15-də müraciət ünvanlamışdı. Müraciətdə qeyd olunurdu ki, RATİ ilə yanaşı bir sıra beynəlxalq nüfuzlu təşkilatlar da öz hesabatlarında Azərbaycanda söz və mətbuat azadlığının heç də ürəkaçan vəziyyətdə olmadığını göstərirlər.    
Bu gün İsveçrənin Azərbaycandakı səfirliyindən RATİ-yə bildiriblər ki, səfir bizim müraciətə baxıb. Səfirin köməkçisi Lalə Bayramova səfirin mövqeyini nəzərimizə çatdırıb: ”səfir Əli Əhmədovla görüşdüyünü təsdiqləyib, lakin məlumatda onun fikirləri düzgün əks etdirilməyib”.  

Previous Post

Court on Ganimat Zahidov (feb.19)

Next Post

ANS 14 SAYLI ÇƏZAÇƏKMƏ MÜƏSSİSƏSİ HAQQINDA MÜƏLLİF VERİLİŞİ NÜMAYİŞ ETDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.