AMERİKALI JURNALİST VƏ BRİTANİYALI HÜQUQ MÜDAFİƏÇİSİ BAKIDA HÜCUMA MƏRUZ QALDI

İyunun 15-dən 16-a keçən gecə  amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Silya Devis Bakıda naməlum şəxslərin hücumuna məruz qalıblar. Hadisə axşam saat 00.15 radələrində Milli Dram Teatrının yaxınlığında baş verib.

Belə ki,  idmançı bədən quruluşuna malik 4 nəfər kişi  xanımların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıblar. Hadisədən əvvəl xanımlar bu oğlanların onları izlədiyini bildirmişdilər. Nəticədə xanımlar ciddi zədələr alıblar. RATİ əməkdaşı Silya Devisin sol qolu da sınıb və onun səhhəti hazırda ağır olaraq qalır.

            Qeyd edək ki,  Erikson və Devis yerli QHT-lərlə (RATİ) əməkdaşlıq edir, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə də əməkdaşlıq edir.

Maraqlıdır ki, amerikalı jurnalist və britaniyalı hüquq müdafiəçisinin döyülməsi ABŞ dövlət katibinin müavininin demokratiya və insan hüquqları üzrə köməkçisi Tomas Melianın Bakıda səfərdə olduğu vaxta təsadüf edib.

İyunun 16-də  RATİ-nin mətbuat mərkəzində Tomas Melia keçirdiyi brifinqdə bu məsələni diqqət mərkəzində saxlayacağını bildirib.

RATİ isə sabah baş verənlərlə bağlı Azərbaycan Respublikası rəhbərliyinə müraciət edəcək.

Xatırladaq ki, apreldə İsveçdən olan üç jurnalist – May Rohvedder Strit (My Rohwedder Street) və Şarlotta Vijstkörm (Charlotta Wijkström) və Şarli Laprevod (Charlie Laprevote) saxlanılaraq bir gün sonra ölkədən deportasiya ediliblər.

 

Previous Post

ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ 2 GÜNLÜK SƏFƏRLƏ AZƏRBAYCANDADIR

Next Post

CABBAR SAVALANLININ APELLYASİYA MƏHKƏMƏSİ ONUN İŞTİRAKI OLMADAN BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.