AMERİKA TƏŞKİLATLARI AZƏRBAYCANIN ABŞ-DAKI SƏFİRİNƏ BİRGƏ MÜRACİƏT GÖNDƏRİBLƏR

İyunun 18-də Beynəlxalq Respublikaçı İnstitutu (BRİ), Milli Demokratiya İnstitutu, (MDİ) Demokratiyaya Dəstək İnstitutu, (DDİ) Beynəlxalq Tədqiqat və Mübadilə Təşkilatı (İREX) və Açıq Cəmiyyət İnstitutu (OSİ) Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevə müraciət ünvanlayıblar.

Məktubda təşkilatlar Azərbaycanın KİV, QHT, Donorlar, Dövlət Ödənişləri Qanunlarına və İnzibati Məcəlləyə təklif olunan əlavələr paketinə görə dərindən narahat olduqlarını bildiriblər.  Məktubda bildirilib ki, sözügedən əlavə və dəyişikliklərin qəbulu vətəndaş cəmiyyətinin inkişafını on il sarsıda bilər.
     “Qanun layihəsi fundamental demokratik prinsiplərlə və hökumətin vətəndaş cəmiyyətinə təsir edən siyasəti ilə ziddiyyət təşkil edir, QHT müstəqilliyini məhdudlaşdırır, əsas sosial-iqtisadi fəaliyyətləri və QHT-lərin davamlılığını təhlükədə qoyur və ədalətsiz şəkildə xarici QHT-lərə ayrı-seçkilik nümayiş etdirir” – deyə məktubda bildirilir. 
   “Qanun layihəsində fundamental demokratik insan hüquq və bərabərlik prinsipləri ilə ziddiyyət təşkil edən qüsurlar var. Spesifik olaraq, Qanun layihəsinin bir çox müddəaları Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiyanın (İCCPR), Avropada İnsan Hüquqları və Əsas  Azadlıqlar haqqında Razılaşmanın (ECHR) və Azərbaycan qanunlarının müddəalarını pozur”.
Previous Post

QHT VƏ KİV HAQQINDA QANUNA TEKLİF EDİLƏN DƏYİŞİKLƏRƏ ETİRAZ AKSİYASI

Next Post

30 IFEX ÜZVÜ QHT QANUNUNA TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏRİ PİSLƏYƏN MÜRACİƏT İMZALAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.