30 IFEX ÜZVÜ QHT QANUNUNA TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏRİ PİSLƏYƏN MÜRACİƏT İMZALAYIB

Beynəlxalq Söz Azadlığı Mübadiləsinin (İFEX) 30 üzvü Azərbaycan parlamentinin sədrinə  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişikliklərə təəssüf edən müştərək məktub imzalamışdır.

Məktubda bildirilir: "Biz Beynəlxalq Söz Azadlığı Mübadiləsinin (IFEX) aşağıda imza edən üzvləri,  Azərbaycanın Parlamentinin (Milli Məclis) 19 iyun 2009-cu il tarixli növbədənkənar sessiyasında müzakirə edilməsi nəzərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişikliklərlə əlaqədar dərin narahatlığımızı ifadə edirik” Məktubda o da vurğulanır ki, təklif edilən dəyişikliklərin bir çoxu Azərbaycanda özünüifadə azadlığını qoruyan QHT-lər də daxil olmaqla müstəqil qeyri-hökumət təşkilatlarını  ləğv etmək təhlükəsi qarşısında qoyur. 
Məktubu imzalayan tərəflər

   1. Azərbaycan Milli Məclisini “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişiklik  və düzəlişləri cari formada qəbul etməməyə,
   2. Təklif edilən dəyişikliklərin  ictimai müzakirəsini xüsusən də ictimaiyyət tərəfindən maliyyələşən ictimai çap və yayım mediaları vasitəsilə müzakirəsini təşkil etmək;
   3. Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiyanın və Avropada İnsan Hüquqları və Əsas  Azadlıqlar haqqında Razılaşmanın prinsiplərini pozan, habelə Azərbaycanın Avropa Şurası, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, ATƏT kimi beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərinə xələl gətirən dəyişiklikləri ləğv etməyə,
   4. Azərbaycanın qanunvericilərini və dövlət məmurlarını media  və vətəndaş cəmiyyətinin qanuni nümayəndələrinin də iştirak etdiyi müzakirələr nəticəsində şəffaf siyasi qərarların hazırlanmasına çağırır.

   Məktub İFEX üzvü Reportyorların Azadlığı və Təhlükəsizliyi  İnstitutunun təşəbbüsü ilə hazırlanıb və Jurnalistlərin Müdafiə Komitəsi (), Beynəlxalq Mətbuat İnstitutu, PEN təşkilatının dustaq yazarlar komitəsi, Freedom House, Qəzetlərin Dünya Assosiasiyası, Dünya Mətbuat Azadlığı Komitəsi və sair də daxil olmaqla beynəlxalq səviyyədə tanınmış təşkilatlar tərəfindən imzalanıb.  

 

 Məktubu buradan əldə etmək olar: http://www.ifex.org/azerbaijan/2009/06/17/changes_to_ngo_law/

 
Previous Post

AMERİKA TƏŞKİLATLARI AZƏRBAYCANIN ABŞ-DAKI SƏFİRİNƏ BİRGƏ MÜRACİƏT GÖNDƏRİBLƏR

Next Post

POLİS JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ MANE OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.