Bir sıra hüquq müdafiəçiləri Qənimət Zahidov barəsində seçilmiş həbs qət-imkan tədbirinin dəyişdirilməsi xahişi ilə Yasamal Rayon Məhkəməsinin sədrinə məktub göndəriblər.
Bu barədə məlumatı RATİ-yə hüquq müdafiəçisi Səidə Qocamanlı verib. O bildirib ki, “məktub keçən həftədən hazırlanıb, imzalanıb və bu gün məhkəməyə göndərilib”.