OMBUDSMAN PREZİDENTƏ MÜRACİƏT EDİB

Həbsdə olan jurnalistlərin işinə yenidən baxılması ilə bağlı İnsan Haqları üzrə Müvəkkil Elmira Süleymanova prezidentə müraciət edib.

E. Süleymanova  özü bu barədə RATİ-yə məlumat verib. O bildirib ki, müraciətdə məhbus jurnalistlərin işini yenidən araşdırılması və jurnalistlərin təqsirsizliyi sübut edildiyi təqdirdə onların azadlığa buraxılması xahiş olunur.


     Süleymanova əlavə edib ki, müraciətdə konkret olaraq hər hansı bir jurnalistin adı öz əksini tapmayıb, müraciət bütün həbs edilmiş jurnalistləri nəzərdə tutur. Müvəkkil vurğulayıb ki, jurnalistlərin azadlığa buraxılacağına çox ümidlidir.
Previous Post

AİLƏLƏRİ JURNALİSTLƏRİN AZADLIĞA BURAXILMASINI İSTƏYİR

Next Post

QƏNİMƏT ZAHİDOVUN AZADLIĞA BURAXILMASI İLƏ BAĞLI MÜRACİƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.