ANAR BAYRAMLININ CƏZASI YARIYA ENDİRİLDİ

Bu gün Bakı Apellyasiya məhkəməsində hakim Abid Abidinbəyovun sədrliyi ilə İranın “Səhər” televiziyasının müxbiri Anar Bayramlının Binəqədi rayon məhkəməsinin 9 iyun 2012-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Vəkili Anar Qasımlı prosesdə çıxış edərək bildirib ki, Anar Bayramlının həbsi onun jurnalist fəaliyyəti ilə əlaqədardır. Qasımlı müdafiə etdiyi şəxsin beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanındığını, apellyasiya şikayətinin təmin edilməsinin Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edəcəyini bildirib. O, Anar Bayrımla barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib.

 

Dövlət ittihamçısı Ceyhun Budaqov isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını istədiyini bildirib.

 

Müşavirədən sonra hakim apellyasiya şikayətinin qismən təmin edilməsi, Anar Bayramlı barəsində çıxarılmış iki illik həbs müddətinin bir ilə endirilməsi ilə bağlı qərar çıxarıb.

 

Xatırladaq ki, Anar Bayramlı fevralın 17-də saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Binəqədi rayon məhkəməsi isə onun barəsində iki illik həbs qərarı çıxarıb.

 

Previous Post

“GÜNDƏM XƏBƏR” QƏZETİNİN KOLLEKTİVİ HƏDƏLƏNİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.