“GÜNDƏM XƏBƏR” QƏZETİNİN KOLLEKTİVİ HƏDƏLƏNİR

“Gündəm xəbər” qəzeti kollektivi hədələnir. Bu barədə RATİ-yə adı çəkilən qəzetin təsisçisi  Şirin Cəfərli Məlumat verib.

“Qəzetimizin dünənki sayımızda “Oğurluq maşın mafiyasının şok gizlinləri” başlıqlı yazı dərc olunmuşdu. Saat 16:54 radələrində redaksiyanın telefonuna gizli nömrədən zəng gəldi. Özünü yazıda adı çəkilən Mahir Həlfəliyev kimi təqdim edən şəxs yazı ilə bağlı etirazın bildirdi. Mən isə normal qaydada onun da qarşı tərəf kimi mövqeyini dərc etməyə hazır olduğumuzu dedikdə bu şəxs təhqir və təhdidlərə keçdi. Hazırda Rusiyada olduğunu bildirən şəxs Azərbaycana gəldikdən sonra bizimlə haqq-hesab çürüdəcəyini bildirdi”, – deyə qeyd edən Ş.Cəfəri onu da qeyd etdi ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, şəxsən daxili işlər naziri  Ramil Usubova müraciət edəcəklər.

“Gündəm Xəbər” qəzeti 2009-cu ilin iyun ayından etibarən nəşr olunur.

Previous Post

“PULLU İNFORMASİYA”

Next Post

ANAR BAYRAMLININ CƏZASI YARIYA ENDİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.