ANAR MƏMMƏDOV İKİ MEDİA ORQANINA TƏKZİB VERDİRİB

“Olaylar” İnformasiya Agentliyi və “Bizim Yol” qəzeti “ZQAN Holding” şirkətlər qrupunun Direktorlar Şurasının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu  Anar Məmmədovdan üzr istəyib.

 Bu barədə bu gün (6 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Bizim Yol” qəzetinin redaktoru Tural Talehoğlu məlumat verib.

T. Talehoğlunun sözlərinə görə, bu xəbər yeni deyil və təkzib bir  müddət bundan əvvəl verilib: “İyunun 6-da “Bizim Yol” qəzeti tələbə əsasən “Təkzib” başlığı altında üzr istəyərək müvafiq məlumat dərc edib”, – deyə o bildirib.
 
Qeyd edək ki, “Olaylar” İnformasiya Agentliyi və “Bizim Yol” qəzeti “Yevlax Avtovağzal” ASC ilə bağlı yazdıqları yanlış yazılarına görə üzr istəyiblər. Həmçinin “Olaylar” İnformasiya Agentliyi 2 avqust 2012-ci il tarixində Yasamal rayon məhkəməsində keçirilən prosesdə qəzet iddiaçının tələbini icra edərək, “Təkzib” başlığı altında Anar Məmmədovdan üzr istənilməsi barədə yazının dərc olunduğu "Olaylar" qəzetinin 21-30 iyul nömrəsini təqdim edib.

Previous Post

ÜMİDSİZ TOVUZ SAKİNİ AZƏRBAYCAN VƏTANDAŞLIĞINDAN İMTİNA EDİR

Next Post

RAFİQ TAĞININ AD GÜNÜN MƏZARI BAŞINDA QEYD EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.