ANDRES HERKEL JURNALİSTLƏRİN HƏBSİNİ ANORMAL HAL HESAB EDİR

Dünən (07 fevral) AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçiriblər.

Konfrans zamanı A.Herkel ona verilən bir sıra sualları cavablandırdı. Seçkiqabağı vəziyyətin normal olub-olmamağı barədə verilən sualı cavablandırarkən Herkel qeyd edib ki, “seçkiqabağı bir sıra ciddi tədbirlər görülməlidir. Həmçinin həbsdə olan jurnalistlər azadlığa buraxılmalıdır. Hesab edirəm ki, jurnalistin həbsdə olması anormal haldır. Hətta ən kəskin yazan jurnalist də azadlıqda olub öz qələmi ilə hakimiyyətlə mübarizə aparmalıdır”.
     Prezidentlə görüş zamanı Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı bir sıra fikir ayrılığının yarandığını vurğulayan Herkel bu məsələnin həlinin hökumətdən, xüsusilə də prezidentdən asılı olduğunu deyib.
     Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunub-olunmaması ilə bağlı sualı cavablandırarkən Herkel bu məruzəçinin təyin ediləcəyini istisna etməyib: “hal-hazırda bu sualı cavablandırmaq bir qədər çətindir. Amma ümid edirəm ki, İşçi qrupun işi o dərəcədə uğurlu olacaq ki, həmməruzəçiyə ehtiyac olmayacaq. Bu işçi qrupun özündən asılıdır. Amma hal-hazırda belə bir proqnoz vermək çox erkəndir”.
*  “Novosti Azerbaydjan” İnformasiya Agentliyinin internet saytında bu cür informasiya verilmişdi – Azərbaycanda seçkiqabağı vəziyyət normaldır, heç bir xüsusi problem yoxdur-Andres Herkel   
* “Trend” İnformasiya Agentliyinin saytında isə dünən “AŞPA-nın həmməruzəçiləri Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasına ehtiyac görmür” başlıqlı yazı verilmişdir.  
 

Previous Post

HƏMMƏRUZƏÇİLƏR MİRZƏ SAKİTLƏ GÖRÜŞƏ BİLMƏDİLƏR

Next Post

FƏTULLAYEVİN HƏBSİNDƏN ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT TƏQDİM OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.