HƏMMƏRUZƏÇİLƏR MİRZƏ SAKİTLƏ GÖRÜŞƏ BİLMƏDİLƏR

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycanda səfərdə olan həmməruzəçiləri tərəfindən keçirilən mətbuat konfransında Andres Herkel bildirib ki, o “Azadlıq” qəzetinin əməkdaşı, satirik-jurnalist Mirzə Sakitlə görüşə bilməyib.

Səbəbini isə hava şəraiti və 14 saylı Cəzaçəkmə müəssisəsinə gedən yolun uzaq olması ilə əlaqələndirib. Həmməruzəçi Mirzə Sakitin müalicə müəssisəsinə köçürülməsinə dair məsələyə də toxunub. O qeyd edib ki, “bir neçə gündən sonra Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Denis Bribosia Sakitlə görüşəcək, jurnalist buna qədər müalicə müəssisəsinə köçürüləcək”.
 * Andres Herkelin Mirzə Sakitlə yuxarıda göstərilən səbəblərə görə görüşə bilməməsi bir daha sübut edir ki, jurnalistlə görüşmək onun ailəsi üçün böyük çətinliklər yaradır.

Previous Post

JURNALİSTLƏRƏ QARŞI İDDİALARIN ƏKSƏRİYYƏTİ DÖVLƏT MƏMURLARI TƏRƏFİNDƏN QALDIRILIR

Next Post

ANDRES HERKEL JURNALİSTLƏRİN HƏBSİNİ ANORMAL HAL HESAB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.