ANDRES HERKEL NOVRUZƏLİ MƏMMƏDOVLA GÖRÜŞÜB

Aprel ayını 8-i Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, “Tolışi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovla görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Hilal Məmmədov məlumat verib. Məlumatda bildirilib ki, görüş zamanı A. Herkel, N. Məmmədovun işi ilə bağlı müəyyən məlumatlara malik olduğunu qeyd edib və yaxın günlərdə ədalətin bərpa olunacağına ümid etdiyini vurğulayıb.
Həmməruzəçi eyni zamanda onu da deyib ki, AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslarla bağlı xüsusi məruzəçisi Kristof Ştrasser (Christoph Strässer) də Azərbaycana ilk səfəri vaxtı baş redaktorla görüşməyə cəhd edəcək.
Previous Post

EMİN HÜSEYNOVUN MƏHKƏMƏ PROSESİNDƏ ŞAHİDLƏR DİNDİRİLDİ

Next Post

EMİN HÜSEYNOVUN MƏHKƏMƏ PROSESİNDƏN GÖRÜNTÜLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.