EMİN HÜSEYNOVUN MƏHKƏMƏ PROSESİNDƏ ŞAHİDLƏR DİNDİRİLDİ

Bu gün (10 aprel) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) və Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Bu günkü prosesdə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahidlər dindirilib. Məhkəmədə şahid qismində RATİ əməkdaşları Mirrəhim Həsənov, Rasim Əliyev və “Dalğa” Gənclər Hərəkatının üzvü Ramin Hacılı baş vermiş hadisə ilə bağlı ifadə verdilər və E. Hüseynovun həqiqətən də polis təzyiqinə məruz qaldığını, bunun nəticəsində isə xəstəxanaya yerləşdirildiyini bildiriblər.
Sonda hakim İ. Şirinov məhkəmədə fasilə elan etdi və növbəti prosesi aprel ayının 22-i saat 15:00-a təyin etdi.     
Xatırladaq ki, E Hüseynov 14 iyun 2008-ci il tarixində “Alaturka” restoranında  “Çe Gevara Fanatları Klubu”nun keçirdiyi tədbir dağıdılarkən 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən E.Hüseynov 20 gündən artıq müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Previous Post

ANDRES HERKEL NAXÇIVANA SƏFƏR EDİB

Next Post

ANDRES HERKEL NOVRUZƏLİ MƏMMƏDOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.