ENN DERSİ: “LEYLA YUNUS DEMOKRATİK HÜQUQLARINDAN FAYDALANMALIDIR”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Enn Dersi daxili işlər naziri Ramil Usubovun Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu məhkəməyə verməsinə münasibət bildirib.

"Turan"ın dünən (27 yanvar) yaydığı məlumatda bildirilir ki, iş hazırda məhkəmə icraatında olduğu üçün şərh vermək istəməsə də, səfir "sadəcə bir sual verirəm: belə bir işə nə üçün məhkəmədə baxılır? Bu sual həm demokratiya, həm də insan haqları prinsiplərindən qaynaqlanır" – deyə, vurğulayıb. Enn Dersi onu da əlavə edib ki, hər bir Azərbaycan vətəndaşı kimi xanım Leyla Yunus da öz demokratik hüquqlarından faydalanmalıdır: "Əsil demokratiya şəraitində hər bir insan hökumətinə suallar verə bilər, hökumətinin fəaliyyətini tənqid edə bilər. Həqiqi demokratik cəmiyyətdə hökumət vətəndaşları qarşısında məsuliyyət və cavabdehlik daşıyır".

Xatırladaq ki, R. Usubov ötən il dekabrın 3-də hüquq müdafiəçisi  Leyla Yunusun "day.az" saytına verdiyi müsahibədə Daxili İşlər Nazirliyinə böhtan atdığını əsas gətirərək, Nəsimi rayon Məhkəməsinə  müraciət etmişdi. İddia ərizəsində Leyla Yunusun qeydiyyat ünvanının səhv göstərilməsi ilə əlaqədar cavabdeh tərəfin məhkəmə qarşısında qaldırdığı vəsatətə əsasən, iş Yasamal Rayon Məhkəməsində davam etdiriləcək.

Nazir hüquq müdafiəçisinin "polisin işgüzar nüfuzuna xələl gətirən" müsahibəsi ilə bağlı təkzib verməsini, nazirlikdən üzr istəməsini və mənəvi zərərin əvəzində 100 min AZN cərimə edilməsini tələb edib.

Previous Post

ELAN!

Next Post

“AZƏRBAYCANFİLM” KİNOSTUDİYASININ KİNOREJİSSORLAR GİLDİYASI İLƏ BİRLİKDƏ İTV-YƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİNDEN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.