ABŞ SƏFİRİ REFERENDUMA MÜNASİBƏT BİLDİRİB

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək Referenduma münasibət bildirib. Səfir bildirib ki, Konstitusiyaya əlavə və dəyişiklərin tətbiqi məsələsi Azərbaycan xalqının qərarıdır.

"Buna görə də mən bu dəyişikliklər barəsində bir söz deyə bilmərəm. Burada bizi sadəcə bu dəyişikliklərin tətbiqinin həyata keçirilməsi və ATƏT -in tövsiyələrinə uyğun gəlib-gəlməməsi maraqlandırır. Azərbaycan vətəndaşı qərarını verməmişdən öncə, güclü və mütəhərrik müzakirələrin müşahidəçisi olmalıdır" – deyən Enn Dersi, bu məsələdə azad medianın da mühüm rol oynadığını vurğulayıb.

Bu barədə "Turan" dünən (27 yanvar) məlumat yayıb.
Xatırladaq ki, martın 18-də keçirilməsi nəzərdə tutulan referendumda Konstitusiyanın 20-dən çox maddəsinə əlavə və dəyişiklik təklif edilməsi nəzərdə tutulub.

Previous Post

“AZƏRBAYCANFİLM” VƏ PROFESSİONAL KİNOREJİSSORLAR GİLDİYASI İTV-DƏN BORCLARINI TƏLƏB EDİRLƏR

Next Post

ENN DERSİ: “LEYLA YUNUS DEMOKRATİK HÜQUQLARINDAN FAYDALANMALIDIR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.