20 NOYABR SAAT 15.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Qarabağ Uğrunda” Gənclər Təşkilatı “Qarabağ münaqişəsinin həlli yolları və insan hüquqlarının pozulması” mövzusunda dəyirmi masa keçirəcək.
Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.