11 YANVAR SAAT 12.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Qeydiyyatından İmtina Olunan QHT- lərin Əlaqələndirmə Şəbəkəsi növbəti toplantısını keçirəcək.
Tədbirdə qeydiyyatsız QHT- lərin mövcud problemləri, qarşıda duran vəzifələr və atılacaq növbəti addımlar müzakirə ediləcək.
Tədbirə jurnalistlər, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidirlər.