ELAN!

29 Mart, 2012-ci ildə saat 12:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Media Hüquqları İnstitutu və RATİ-nin birgə təşkilatçılığı ilə media nümayəndələrinin Quba hadisələri ilə bağlı həbs edilməsinə dair mətbuat konfransı keçiriləcək.

Jurnalistlər, QHT-lər, dövlət qurumları, diplomatik korpus və beynəlxalq təşkilat nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.

Qeyd: 06 Dekabr, 2011-ci il tarixində  İnternational Media Support (İMS) öz layihəsi olan Azərbaycan Media Mərkəzinin (AMM)  yerli media təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ilə birləşməsini elan edib. 2012-ci ilin yanvarından etibarən, Azərbaycan Media Mərkəzi RATİ-nin Azərbaycanda ifadə azadlığının inkişaf etdirilməsi üzrə genişləndirilmiş proqramına paralel olaraq, RATİ vasitəsilə media və vətəndaş cəmiyyətinə müxtəlif tədbirlərin və ictimai müzakirələrin keçirilməsi üçün məkan və xidmətlərlə təmin edəcəkdir.

Previous Post

JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

Next Post

ROKÇU CAMAL ƏLİ VƏ BLOQÇU ETİBAR SALMANLI İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.