JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

Martın 28-də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin  (AzTV) sabiq əməkdaşı, jurnalist   Asəf Quliyev Avropa Məhkəməsinə şikayət verib.

O,  AZTV-də çalışanlarla qısamüddətli (1, 2, 3 aylıq) əmək müqavilələri bağlanması praktikasında jurnalistlərin ifadə azadlığı hüququnun  məhdudlaşdırılması barədə şikayət edib.

Jurnalistin hüquqlarını müdafiə edən Media Hüququ İnstitunun yaydığı məlumata görə, o 2010-cu ilin iyulunda əmək müqaviləsi uzadılmadığından AzTV-dəki işindən çıxarılıb. Bunu qanunsuz sayıb məhkəməyə müraciət edən jurnalist ölkədaxili məhkəmələrin qərarlarından narazı qalıb. Jurnalist hesab edir ki, milli məhkəmələrin qərarları onun Azərbaycan qanunvericiliyində, eləcə də Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarına müdaxilə təşkil edib.

 

Previous Post

YERLİ HAKİMİYYƏT ASSOSİASİYASI AZƏRBAYCANDA MONİTORİNQƏ BAŞLAYIR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.