İYULUN 6-SI SAAT 12:00-DA REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSIZLIK İNSTITUTUNUN MƏTBUAT MƏRKƏZINDƏ İnsan Hüquqları Klubu tərəfindən bəzi ömürlük məhbusların siyasi məhbus siyahısına salınması ilə bağlı tədbir keçiriləcək. Avropa Şurasının xüsusi məruzəçisi Kristof Ştrasser tərəfindən hazırlanmış siyahıya daxil edilən ömürlük məhbusların yaxınları və vəkilləri tədbirdə iştirak edəcək. Tədbirə dövlət qurumlarının nümayəndələri, hüquq müdafiəçiləri, beynəlxalq təşkilatların və diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.