9 avqust, 2012
Saat 12:00 – 13:00
Hüquq müdafiəçisi Ələkbər Məmmədovun təşkilatçılığı ilə həbsdə olan keçmiş polis mayoru Rafail Mirzəyevin hüquqlarının müdafiəsi ilə əlaqədar onun həyat yoldaşı Təranə Mirzəyeva ilə birlikdə mətbuat konfransı keçiriləcək.
Saat 13:00 – 14:00
Qafqaz Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Miqrasiya Xidmətinin Gürcüstan vətəndaşı olan soydaşlarımızla bağlı yaratdığı problemlər və həlli yolları mövzusunda mətbuat konfransı keçiriləcək.
10 avqust, 2012
Saat 12:00 – 13:00
Hüquq müdafiəçisi Ələkbər Məmmədovun təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft və Kəmər İdarəsi tərəfindən Bakı-Sumqayıt şossesi, Saray qəsəbəsinin Ceyranbatan ərazisi yaxınlığında yerləşən evləri sökülən vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçiriləcək.