
24 avqust, 2012-ci il tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində aşağıdakı tədbirlər keçiriləcək:
Saat 12:00-13:00 Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru, hüquq müdafiəçisi Ələkbər Məmmədov Müdafiə Nazirliyi tərəfindən ittiham olunması ilə bağlı mətbuat konfransı keçirəcək.
Saat 14:00-16:00
Azərbaycan Dünyəvi Partiyasının təşkilatçılığı ilə “Müxalifət partiyaları, əməkdaşlığın perspektivləri” mövzusunda mətbuat konfransı keçiriləcək. Tədbirdə AMİP, ACP, ALP, AXCP, BAP, ADP, İslam Demokrat Partiyası, Aydınlar və digər partiyalarının nümayəndələri iştirak edəcəklər.