Elan!

Beynəlxalq Avropa Hərəkatının baş katibi cənab Diogo Pinto Azərbaycanda işgüzar səfərdədir. Bu gündən etibar başlayan səfər çərçivəsində cənab Diogo Beynəlxalq Avropa Hərəkatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə maraqlanacaq, ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq qurumların (ATƏT, Avropa Birliyi) rəhbərlikləri ilə, o cümlədən rəsmi dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək, onlarla ölkədəki insan haqları və demokratiya haqqında müzakirələr aparacaq.

Səfərin nəticəsi olaraq cənab Diogo Pinto qayıtdıqdan sonra Azərbaycan Avropa
Hərəkatı və ümumilikdə ölkədəki durum haqqında yekun hesabat hazırlayacaq.

Bütün bu nəticələrlə bağlı isə o 15 sentyabr 2012-ci il tarixində saat 11.00-da  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində mətbuat konfransı keçirəcək, jurnalistlərin suallarına cavab verəcək.

Tədbirə bütün KİV nümayəndələri və maraqlanan şəxslər dəvətlidir.

Hörmətlə,

Azərbaycan Avropa Hərəkatının mətbuat xidməti

Previous Post

“TURAN” İNFORMASİYA AGENTLİYİNİN ƏMƏKDAŞININ APELLYASİYA ŞIKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

SİYASİ MƏHBUSLARSIZ AZƏRBAYCAN ALYANSININ HƏMTƏSİSÇİSİ ARİF HACILI İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.