BU GÜN (27 MAY) SAAT 15:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Regional Təhlükəsizlik İnstitutu”nun təşkilatçılığı ilə “İsrail-Azərbaycan münasibətləri” mövzusunda dəyirmi masa keçiriləcək.
Tədbirdə ekspertlər, habelə Demokratik İslahatçılar partiyasının sədri, millət vəkili Asim Mollazadə də iştirak edəcək.
Tədbirə KİV rəhbərləri, jurnalistlər, diplomatik korpusların nümayəndələri və digər maraqlanan şəxslər dəvətlidirlər.