AİLƏ ÜZVLƏRİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (25 may) Ayəndə Mürsəliyeva qayınları Mirzə Sakit və Fərasət Zahidlə birlikdə  17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət  Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Mürsəliyevanın  özü məlumat verib.

O,  baş redaktorun səhhətinin normal olduğunu və saxlanma şəraitindən şikayət etmədiyini bildirib. A.Mürsəliyeva  Q.Zahidin bu günlərdə Mətbuat Şurasının (MŞ) üzvlərinin onunla  görüşməyindən  razı qaldığını, həmkarlarını gördüyünə görə çox sevindiyini bildirib. Habelə o, Q.Zahidin vaxtından əvvəl azad edilməsi üçün məhkəməyə müraciət etməyə hazırlaşdıqlarını da bildirdi.
“Vəkil Əlayif Həsənov Qənimətin cəzasının üçdə birini çəkdiyinə görə onun  vaxtından əvvəl məhkəməyə müraciət edə biləcəyini dedi. Qənimətin özü isə məhkəmənin ədalətli qərar çıxaracağına inanmır”, – deyə  A.Mürsəliyeva vurğulayıb.
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il, 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

“NOTA” QƏZETİNƏ QARŞI DAHA BİR MƏHKƏMƏ İDDİASI QALDIRILIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.