ELAN!

noyabr 20th, 2009
23 NOYABR SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev nəqliyyat naziri Ziya Məmmədovun ofisinin qanunsuz dinlənilməsində ittiham olunaraq MTN tərəfindən həbs olunmuş dəstə ilə bağlı adının hallandırılması və bu səbəbdən özünə və yaxınlarına qarşı olan təzyiqlər, həmçinin bu məsələ ilə əlaqədar bacısı oğlunun həbs olunması ilə bağlı mətbuat konfransı keçirəcək.

Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri, eləcə də diplomatik korpus nümayəndələri dəvətlidirlər.