TBİLİSİDƏ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİN VI İLLİK MEDİA KONFRANSI KEÇİRİLİB

Noyabrın 19-20-də Tbilisidə Cənubi Qafqaz ölkələrinin VI illik söz azadlığı konfransı keçirilib. Konfransda Cənubi Qafqaz regionunda mətbuat azadlığı məsələləri və Gürcüstanda, Azərbaycanda və Ermənistanda jurnalistikanın qarşısında duran vəzifələr müzakirə edilib.

Jurnalistika ixtisası üzrə təhsil və ixtisasartırmanın ən yaxşı metod və formaları ilə bağlı müzakirələrin aparıldığı konfransda bəyannamə qəbul olunub. Bəyannamədə KİV-də islahatlar, müasir texnologiyalara keçid sahəsində dövlətin yardımı, internet, televiziya və radio sahəsində plüralizmin təmin edilməsi və s. məsələlər əksini tapıb (bəyannamənin tam mətni yaxın günlərdə mətbuatda yayılacaq).

Konfransda Azərbaycan tərəfini təmsil edən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev KİV-də iqtisadi azadlıqlarla bağlı çıxış edib.

Konfransda çıxış edən ATƏT-in mətbuat azadlığı məsələləri üzrə  nümayəndəsi Mikloş Haraşti Cənubi Qafqaz ölkələrində söz azadlığının vəziyyəti ilə bağlı problemlər olduğunu deyib və bu kimi problemlərin aradan qaldırılması üçün ATƏT-lə müzakirələrin keçirilməsinin vacibliyini vurğulayıb. Haraşti Azərbaycanda Diffamasiya haqqında qanunun qəbul olunması və həbsdə olan jurnalistlərin azad edilməsi ilə bağlı hökumətə çağırış edib və yaxın vaxtlarda bu məsələlərin həllini tapacağına ümid etdiyini vurğulayıb.

Konfransda Azərbaycan tərəfdən millət vəkilləri Elmira Axundova və  Lalə Abbasova, Norveçin Azərbaycandakı səfiri Yon Ramberq, Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova, BDU-nun jurnalistika fakültəsinin müəllimləri Qulu Məhərrəmli, Zeynal Məmmədli, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı, “1 News.az” xəbər saytının rəhbəri İlham Səfərov, “News.az” xəbər saytının rəhbəri Elnur Baimov, həmçinin ATƏT-in Bakı ofisinin və Prezident Administrasiyasının əməkdaşları iştirak ediblər.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,373/lang,az/

Previous Post

“AZADLIQ” QƏZETİNƏ QARŞI İDDİA İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT VERİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.