ELANLAR!

avqust 1st, 2012
Sabah 1 avqust saat 12.30-da Yasamal rayon Məhkəməsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə qarşı Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun AR CM 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında verdiyi iddia üzrə məhkəmə prosesi keçiriləcək. İcra başçısı H.Vəliyevin həbsini tələb edir.
            Media və QHT nümayəndələri bu məhkəmə prosesinin monitorinqinə dəvət edilir.
 1 avqust, 2012-ci il tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində aşağıdakı tədbirlər keçiriləcək:
Saat 11:00-12:00
Turan İnformasiya Agentlyi və "Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri Üzeyir Cəfərovun təşkilatçılığı ilə Azərbaycan ordusunun Ermənistanda saxlanılan əsir əsgəri Firuz Mirzə oğlu Fərəcovun əsir düşməsi şəraiti və səbəbləri, hazırda olan vəziyyət barəsində hərbi ekspertlərin iştirakı ilə Dəyirmi Masa
Saat 12:00-13:00
Hüquq müdafiəçisi, vəkil Elçin Sadıqov və “Korrupsiya və Cəmiyyət” jurnalının birgə təşkilatçılığı ilə “Murphy Shipping & Commercial Services Azerbaijan” Birgə Müəssisəsinin səhmdarları arasında baş verən mülkiyyət problemləri ilə bağlı mətbuat konfransı keçiriləcək.
Saat 14:00-15:00
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin təşkilatçılığı ilə təhsil mövzusunda Dəyirmi Masa keçiriləcək.