RATİ-NİN “YENİ MÜSAVAT” QƏZETİNƏ DAİR ÇIXARILMIŞ AĞIR CƏRİMƏ QƏRARI İLƏ BAĞLI BƏYANATI

            Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Yeni Müsavat” qəzetinin “Gilan Qəbələ Konserv Zavodu” MMC-nin iddiası ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin qərarı ilə 50 min manat məbləğində cərimələnməsini pisləyir və bu addımı tənqidçi medianın susdurulması üçün hakimiyyətin növbəti  addımı kimi qiymətləndirir.

Qeyd edək ki, “Gilan Qəbələ Konserv Zavodu” MMC “Yeni Müsavat” qəzetində 2009-2011 illəri ərzində çıxan “JALƏ 100 FAİZ TƏHLÜKƏLİ ŞİRƏDİR” başlıqlı məqaləyə görə, qəzeti məhkəmə verib və qəzetdən 1 milyon manat təzminat tələb edib. Məhkəmə iddianı qismən təmin edərək “Yeni Müsavat” qəzetini 50 min manat cərimələyib.
             RATİ qeyd edir ki, qəzetlərə qarşı bu cür əsassız və şişirdilmiş rəqəmlərlə cərimə qərarlarının qəbul edilməsi həmin qəzetlərə maddi yolla təzyiq edilərək müstəqil mətbuat orqanları sırasından çıxarılmasına yönədilmiş addımlardır. İddiaları təmin edilmiş hakimiyyət yönlü məmurlar cərimələrin dərhal ödənilməsini tələb etməklə(necə ki, 2011-ci ildə Xural qəzetinə qarşı bu cür addım atılmışdı) qəzetin əmlakını müsadirə edilməsini tələb edərək onun fəaliyyətinə son qoya bilər.
            RATİ hesab edir ki, “Gilan” Qəbələ Konserv Zavodu” MMC –in rəhbəri olan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazir olaraq şirkəti barədə qəzetdə gedən doğru və yanlış tənqidlərə  dözümlülük nümayiş etdirməlidir. Xüsusilə nəzərə alsaq ki, bu şirkət  bazarda hökmranlıq edən kommersiya qurumudur və buna görə də həmin məqalədə də həmin şirkətin məhsullarının yaxşı olmadığı barədə məlumat verilib.   
            RATİ bəyan edir ki, əgər həqiqətən şirkətin işgüzar nüfuzuna bu məqalə nəticəsində ciddi ziyan dəyibsə, bu zaman məhkəmədən qəzet tərəfindən təkzib verilməsini və üzr istənilməsini tələb edə bilər. Ancaq  bununla kifatələnməyən məmurlar bu cür məbləğdə kompensasiya tələb etməklə sanki qəzetə öz təbirincə dərs vermək istəyirlər.
            RATİ Azərbaycan hökumətini və bu məmurları tənqidi mediaya dözümlü olmağa,  və qəzetlərə qarşı bu cür maddi təzyiqlər etməklə ifadə azadlığını boğmaqdan  çəkinməyə çağırır.
RATİ həmçinin Beynəlxalq təşkilatları Azərbaycan hökumətini qəzetlərə qarşı edilən təzyiqlərə son qoymağa və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etməyə çağırır.
 
Previous Post

“YENİ MÜSAVAT” QƏZETİ 50 MİN MANAT CƏRİMƏLƏDİLƏR

Next Post

ELANLAR!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.