“ÖLKƏ” QƏZETİNİN REDAKSİYASINA ONONİM ZƏNGLƏR EDİLİB

“Ölkə” qəzetinin redaksiyasına anonim nömrələrdən zənglər gəlib.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Rəfael Becanov verib. Baş redaktorun bildirib ki, redaksiyaya zəng vuran naməlum qadının qəzetin bu günkü (12 fevral) sayında dərc olunan “Kəmaləddin Heydərovun kadrları vurulur” başlıqlı məqalənin müəllifini xüsusi olaraq axtarması qəzet kollektivini narahat edir.  R. Becanov onu da qeyd edib ki, naməlum qadın yazının nəyə görə təxəllüslə dərc olunduğu barədə də maraqlanıb.
R. Becanov sonda, anonim zənglər davam edəcəyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirib.
Previous Post

ELAN!

Next Post

“TƏZADLAR” QƏZETİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.