Jurnalistin məhkəməsi qapalı keçirilməyə davam edir

Mayın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə növbəti qapalı   məhkəmə iclası keçirilib. Prosesdən sonra RATİ-yə müsahibə verən baş redaktorun vəkili Ramiz Məmmədov  bu gün olan prosesdə ötən proses zamanı verilən vəsatətlərin təmin edilmədiyini bildirdi:

“İndiyə qədər vəsatətlər verilmişdi ki, mötəbər olmayan sübutlar siyahıdan çıxarılsın. İki fləşkartda Hilal Məmmədova aid edilən iki müraciətin mətni daxil edilib. O fləşkarta baxış barəsində biz vəsatət vermişdik, o vəsatət təmin edildi. Digər məsələlərlə bağlı: ekspertizanın təyin edilməsi, sübutların siyahıdan çıxarılması, əlavə ekspertizanın təyin edilməsi ilə əlaqədar heç bir vəsatət təmin edilmədi” –deyən vəkil R. Məmmədov növbəti prosesin 15 may saat 10:30-a təyin edildiyini bildirdi.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Previous Post

Obyektiv TV nüfuzlu Bir Dünya Media mükafatını qazanıb

Next Post

Gənc blogger intihar edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.