CABBAR SAVALANLI İLƏ BAĞLI VERİLMİŞ DAHA BİR ŞİKAYƏT TƏMİN EDİLMƏDİ

Bu gün (28 mart)  Sumqayıt şəhər  Məhkəməsində  hakim Təhminə Xəlilovanın sədrliyi ilə  AXCP Gənclər Komitəsinin üzvü, gənc fəal  Cabbar Savalanlının işi üzrə  müdafiə tərəfin alternativ ekspertizadan keçməsi barədə qaldırdığı vəsatətə əsasən qapalı məhkəmə prosesi keçirilib.

Prosesdə yalnız iddiaçı və cavabdehin vəkilləri iştirak ediblər.

Prosesdən sonra gənc fəalın vəkilləri Əssabəli Mustafayev və Anar Qasımov verdikləri vəsatətin təmin edilmədiyini və bu qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Qeyd edək ki, gənc fəal Cabbar Savalanlının vəkilləri  Narkoloji  Dispanserin ziddiyyətli rəyindən Savalanlının əleyhinə istifadə oluna biləcəyini əsas gətirərək,  istintaqın rədd etdiyi alternativ, həmçinin təkrar ekspertizanın keçirilməsi, Narkoloji Dispanserin rəy verən həkimlərinin istintaqda şahid kimi dindirilməsi barədə vəsatət qaldırmışdılar.

Belə  ki, ekspertiza Savalanın narkotikadan fiziki və psixoloji asılılığını müəyyən etməyib və onun icbari müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı, ekspertlər gəncin narkotik maddədən istifadə etməsinin mümkünlüyünü istisna etməyiblər.

              Xatırladaq ki,  Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

Previous Post

BƏXTİYAR HACIYEVİN İŞİ HAKİM EMİN AXUNDOVUN İCRAATINA VERİLİB

Next Post

EYNULLA FƏTULLAYEVİN DAHA BİR ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNİN İCRAATINA GÖTÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.