EYNULLA FƏTULLAYEVİN DAHA BİR ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNİN İCRAATINA GÖTÜRÜLÜB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev barəsində  Apellyasiya Məhkəməsinin çıxardığı həbs qətimkan tədbirinin dəyişdirilməməsinə dair  5 noyabr 2010-cu il tarixində Ali Məhkəmən verdiyi qərardan Avropa Məhkəməsinə verilən şikayət icraata götürülüb. Bu barədə bu gün (28 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

 Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

 

 

Previous Post

CABBAR SAVALANLI İLƏ BAĞLI VERİLMİŞ DAHA BİR ŞİKAYƏT TƏMİN EDİLMƏDİ

Next Post

OĞURLANILARAQ DÖYÜLƏN JURNALİST TİBBİ MÜAYİNƏDƏN KEÇİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.