AVROPA MƏHKƏMƏSİNƏ DAHA BİR ŞİKAYƏT GÖNDƏRİLDİ

Vəkil Rəşid Hacılı RATİ-yə bildirib ki, yanvarın 26-da Avropa İnsan Haqları Məhkəməsinə Qaradağ rayonunun sabiq icra başçısı Yaqub Əliyevin “Azadlıq” qəzetinə qarşı iddiası əsasında çıxarılmış məhkəmə qərarından şikayət göndərilib. 

Xatırladaq ki, Səbayel rayon məhkəməsi 12 oktyabr 2006-cı il tarixində Y.Əliyevin “Azadlıq” qəzetinə qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair iddiasını təmin edərək qəzeti 5000, məhkəməyə səbəb olan yazı müəllifinin 10 000, baş redaktor Qənimət Zahidin 5000 AZN məbləğində cərimələnməsi və qəzetin təkzib verməsi haqqında qərar qəbul etmişdi. Apellyasiya Məhkəməsi  06 fevral 2007-ci ildə, Ali Məhkəmə isə  26 iyul 2007-ci ildə qərarı qüvvədə saxlamışdı.
Previous Post

“BAKI-XƏBƏR” QƏZETİ AĞIR VƏZİYYƏTƏ DÜŞÜB

Next Post

JURNALİST KASSASİYA ŞİKAYƏTİ VERƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.