“BAKI-XƏBƏR” QƏZETİ AĞIR VƏZİYYƏTƏ DÜŞÜB

“Qaya”, “Qasid”, “Azərmətbuatyayım” firmalarına Yasamal rayon Məhkəmə İcraçıları Şöbəsinin rəis müavini Zaur Abdullayevin imzası ilə  “Bakı Xəbər” qəzetinin satışdan daxil olan maliyyə vəsaitlərinə həbs qoyulması barədə məktub göndərilib.

Bu haqda RATİ-yə məlumat verən qəzetin baş redaktoru Aydın Quliyev bildirib ki, məktub firmalara 21 yanvar tarixində daxil olsa da, bu barədə qəzet redaksiyasına xəbərdarlıq yanvarın 27-də edilib. Baş redaktorun sözlərinə görə, qəzet hal-hazırda olduqca ağır vəziyyətdədir.
Xatırladaq ki, Apellyasiya Məhkəməsi 2005-ci il mayın 4-də vurulan mənəvi ziyana görə, 2179 manat 40 qəpik məbləğində vəsaitin “Bakı-Xəbər” qəzetinin hesabından tutularaq, Ucar rayon sakini Şahlar Ələkbərova ödənməsi barədə  qətnamə çıxarmışdı. “Bakı-Xəbər” qəzetinin satışdan daxil olan maliyyə vəsaitlərinə həbsin qoyulması da bu məbləğin ödənilməsini təmin etmək məqsədilə həyata keçirilib.

Previous Post

SƏFİR “ÇAP EVİ” MƏƏTBƏSİNDƏ APARILAN YOXLAMALARA MÜNASİBƏT BİLDİRİB

Next Post

AVROPA MƏHKƏMƏSİNƏ DAHA BİR ŞİKAYƏT GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.