ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ DAHA BİR ŞAHİD BAŞ-AYAQ İFADƏ VERDİ

“1992-94-cü illərdəki deputat seçkiləri zamanı Aydın Heydərov mənə 200 dollar verib dedi ki, bunu Həsən Əliyev küçəsində bir nəfərə çatdır”. Bu sözləri Bakı Ağır Cinayətlər məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı keçirilən məhkəmədə şahid Əlirza Allahverdiyev deyib. “İNTER-AVTO” səhmdar cəmiyyətinin rəhbəri Aydın Heydərovun sürücüsü işləmiş Allahverdiyevin ifadəsi və suallara verdiyi bütün cavablar hakimlərin və zalda əyləşənlərin gülüşünə səbəb olub. Hakimin “Əvəz Zeynallı ilə nə vaxtsa görüşmüsənmi?” sualına cavabında şahid belə bir görüşü xatırlamadığını deyib.

Əvəvz Zeynallı isə Əlirza Allahverdiyevi ilk dəfə gördüyünü və onun istintaqa verdiyi ifadənin yalan olduğunu bildirib.
Prosesin gedişində ittiham tərəfində olan şahid ifadələri ilə Əvəz Zeynallıda olan ifadələr arasında uyğunsuzluq aşkar edilib. Əvəz Zeynallı isə ittiham aktının saxta olduğunu bildirib və onun bir neçə variantda tərtib olunmasından şübhələndiyini deyib.
Proses 16 oktyabr saat 10:00-da növbəti şahid ifadələri ilə davam etdiriləcək.
Xatırladaq ki, Belə ki, G.Əhmədova redaktor tərəfindən şantaja məruz qaldığını, redaktorun ondan pul tələb etdiyini bildirib. Onun ərizəsi əsasında 2011-ci il oktyabrın 28-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə.Zeynallının barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi qaldırıb.
Habelə, hazırda Gülər Əhmədova özü korrupsiya subyektinə çevrilib. Ötən həftə o deputat mandatından məhrum edilib. Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevi qanunsuz yolla parlamentə deputat seçdirmək üçün ondan  külli miqdarda rüşvət istəyib. Baş Prokurorluq onun barəsində 178.3.2-ci maddə  (dələduzluq) ilə cinayət işi qaldırıb.

Previous Post

MƏNZİL TİKİNTİSİ ADI İLƏ DƏLƏDUZLUQ DAVAM EDİR

Next Post

JURNALİSTİN CƏRİMƏLƏNMƏSİNDƏN VERİLƏN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.