Oktyabrın 9-da Şirvan Apellyasiya Məhkəməsində hakim Saleh Süleymanovun sədrliyi ilə keçirilən prosesdə “Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekonun (Cəbrayılzadə) Lənkəran rayon Məhkəməsinin 17 may tarixli qərarından verilən apellyasiya şiakyəti təmin edilməyib. Bu barədə bu gün (11 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Fariz Namazlı məlumat verib.
Vəkilin sözlərinə görə, prosesdə Ramin Deko və özü iştirak etməsə də, hakim S. Süleymanov ilkin məhkəmə instansiyasının çıxardığı qərarın qüvvədə saxlanıldığını elan edib. Namazlı bu qərardan kassasiya şikayəti veriləcəyini bildirdi.
Xatırladaq ki, iddiaçı Milli Məclisin deputatı Novruzəli Aslanov cavabdeh “Azadlıq” qəzetinin reportyoru Ramin Dekoya (Cəbrayılzadə) qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair ərizə ilə Lənkəran rayon məhkəməsinə müraciət edib. O “Azadlıq” qəzetinin 26 oktyabr 2011-ci il tarixli № 249(4700) saylı nömrəsinin 12-ci səhifəsində “Fizuli Ələkbərov İvanovkada evləri 80 min manatdan alır” başlıqlı yazıda işgüzar nüfuzuna zərbə vurmaq, deputatlıq fəaliyyətinə ləkə salmaq məqsədi daşıyan ifadələrin yer aldığını iddia edir. Bu səbəbdən də deputat jurnalistin ondan rəsmən üzr istəməsi, Cinayət Məcəlləsinin 147-ci maddəsinə (böhtan) əsasən böhtan cinayəti barədə xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsi, həmçinin vurduğu mənəvi zərərə görə 10.000 (on min) manat təzminat ödənilməsi və həmin vəsaitin Bakı şəhərində yerləşən uşaq internat evlərinin birinin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını istəmişdi. Lənkəran rayon Məhkəməsi mayın 17-də “Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekonun (Cəbrayılzadə) 3 000 (Üç min) manat cərimələnməsi barədə qərar çıxarıb.