Jurnalistin növbəti məhkəməsi keçirilib

hilal memmedov

Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə növbəti qapalı   məhkəmə iclası keçirilib. Prosesdən sonra RATİ-yə (“Obyektiv.tv”) müsahibə verən baş redaktorun vəkili Xalid Bağırov işdə əsas şahid olan Elman Quliyevin prosesdə iştirak etdiyini və dindirildiyini bildirdi.

“ Şahid Elman Quliyev Hilal Məmmədovun 1992-ci ildən bu yana olan hadisələr barədə suallarına cavab verdi və xeyli ifadələr verdi. H. Məmmədov bu faktları haradan bildiyini soruşduqda isə buna qeyri-müəyyən cavablar verirdi. Bu adam heç bir hadisənin şahidi olmayıb. Ona 2007-ci ildə Novruzəli Məmmədovla birgə həbs olunanda, nəyə görə H. Məmmədovun narkoman olması və dövlətə xəyanət etdiyi faktını təsdiq etməmisiz deyə soruluşanda  Quliyev açıq şəkildə bildirdi ki, o vaxt bunu zəruri hesab etmədiyi üçün bildirməyib. Bütün bunları absurd hesab edirəm və görünür ki, qondarma bir şahidə görə H. Məmmədov həm narkotika, həm dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub.” –deyə bildirən vəkil növbəti prosesin 10 aprel saat 10:30-a təyin edildiyini bildirdi.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Previous Post

“Yeni Müsavat ” qəzetinin kassasiya şikayəti təmin edilməyib

Next Post

Azadlıq qəzetinin əməkdaşı Daxili İşlər Nazirliyinin rəsmiləri ilə görüşüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.