Azadlıq qəzetinin əməkdaşı Daxili İşlər Nazirliyinin rəsmiləri ilə görüşüb

seymur hazi

Aprelin 4-də “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi  Daxili İşlər Nazirliyində olub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) S. Həzi məlumat verib. Jurnalistin sözlərinə görə, o nazirliyin İstintaq İdarəsinin əməkdaşları ilə görüşüb.

“Nazirlikdə mənə bildirdilər ki, 2011-ci ildə gecə vaxtı hücuma məruz qalmağımla bağlı başlanan cinayət işi üzrə istintaq davam edir, məsələ Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətindədir və cinayətin üstü mütləq açılacaq. İstintaqı nazirliyin İstintaq İdarəsi aparır” –deyə S. Həzi bildirdi.

Xatırladaq ki, “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi 2011-ci il  martın 25-dən 26-na keçən gecə işdən evə qayıdarkən Ceyranbatan qəsəbəsində maskalı şəxslər tərəfindən oğurlanıb, döyülüb və sonra əlləri bağlı halda Bakının Binəqədi kəndində atılıb. İş üzrə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində döymə cinayətinə (Cinayət Məcəlləsinin 132-ci maddəsi) görə cinayət işi başlandı. Ancaq araşdırmaların yekunu olaraq istintaq şöbəsi yetərli dəlillər olmadığını əsas gətirərək cinayət işi üzrə icraatın dayandırılmasına qərar verdi. İstintaq qurumu həmin qərarı S.Həziyevə təqdim etmədi. Media Hüququ İnstitutunun S.Həziyevi müdafiə edən vəkilləri həmin qərarı qanunsuz hesab edərək Abşeron Məhkəməsinə şikayət etdilər. Ancaq məhkəmə istintaq şöbəsinin qərarına haqq qazandıraraq şikayəti rədd etdi. Abşeron Məhkəməsinin bu qərarından verilən apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsi baxdı. Məhkəmə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin və Abşeron Məhkəməsinin iş üzrə qərarlarının qanunsuz olduğu qənaətinə gəldi. Apellyasiya Məhkəməsinin qərarına əsasən cinayət işi yenidən istintaqa qaytarıldı.

Previous Post

Jurnalistin növbəti məhkəməsi keçirilib

Next Post

Dövlət ittihamçısı jurnalist Araz Quliyevə 9 il cəza verilməsini istədi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.