Yanvarın 23-də Nərimanov rayon məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddiaya əsasən keçirilən məhkəmə prosesində iddianın qismən təmin edilməsi ilə bağlı qərar çıxarılıb.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən vəkil Elçin Sadıqov prosesdən xəbərsiz olduğunu, məhkəmə qərarının isə ona fevralın 10-da verildiyini bildirib. Vəkil qeyd edib ki, qərarda Əvəz Zeynallının 50 min manat cərimə olunması, həmçinin təkzib verməklə üzr istəməli olduğu göstərilib. Sadıqov heç bir məlumat verilmədən məhkəmə prosesinin keçirilməsini qanunsuz adlandırıb və qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
Qeyd edək ki, iddiaçı "Xural" qəzetinin bir neçə sayında "Baltika-Bakı" MMC haqqında dərc olunmuş araşdırma məqalələrdə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək, qəzetin təkzib verməsini, 150 min manat cərimələnməsini istəyir.
Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın
şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor
barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və
311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə
cinayət işi başlanıb və ötən il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz
Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Yanvarın 17-də
isə Nəsimi rayon məhkəməsində baş redaktor barəsində çıxarılmış həbs
qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb.