AZƏRBAYCANDA DAHA BİR HÜQUQ MÜDAFİƏÇİSİ 2 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Sentyabrın 12-də Sabirabad rayon Məhkəməsi “Kür” Vətəndaş Cəmiyyətinin fəalı İlham Əmiraslanov barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası barədə hökm çıxarıb. 

Qeyd edək ki, proses zamanı məhkəmə araşdırma işi aparılmayıb,  müdafiə tərəfin təqdim etdiyi şahidlər dindirilməyib. Həmçinin İ. Əmiraslanovun həbsi ilə bağlı olan videogörüntülər nəzərə alınmayıb.  
Dövlət ittihamçısı İ.Əmiraslanovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etsə də, məhkəmə 2 il azadlıqdan məhrumetmə qərarı çıxarıb.
Xatırladaq ki, İ.Əmiraslanov 6  iyun 2012-ci ildə  fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sel daşqınlarının nəticələrinin aradan qaldırılması ilə bağlı Sabirabadda keçirdiyi tədbirə qatılıb. Bu hadisədən iki gün sonra həbsə alınıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci  (qanunsuz silah saxlamaq) maddəsilə cinayət işi başlanıb. O,  “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəallarından olub.  2010-cu ilin mayında sel daşqınlarından əziyyət çəkən vətəndaşların hüquqlarının müdafiəsində fəal rol oynayıb. Sel daşqınlarından əziyyət çəkən insanlar üçün ayrılan vəsaitlərin məmurlar tərəfindən  mənimsənilməsi faktlarını aşkarlamaq sahəsində prinsipial mövqe tutub.

Previous Post

“AZADLIQ” QƏZETİNİN APELLYASIYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

HƏYƏCAN! “AZADLIQ” QƏZETİ BARƏDƏ 30 000 MANATLIQ CƏRİMƏ QƏRARI QÜVVƏDƏ SAXLANILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.