“AZADLIQ” QƏZETİNİN APELLYASIYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim İsmayıl Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun “Azadlıq” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı qəzetin cərimələnməsinə dair  Yasamal rayon Məhkəməsinin 13 iyun tarixli qərarından verilən apellyasiya şikayəti  təmin edilməyib. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin hüquqlarını müdafiə edən vəkil Fariz Namzlı məlumat verib.

Vəkil bildirb ki, qərarı ədalətsiz hesab edir və bu qərardan kassasiya şikayəti veriləcək.
Xatırladaq ki, “Azadlıq” qəzetinin 8 aprel 2012-ci tarixli buraxılışında “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolitendə qiymətlər 20 qəpik olandan sonra, əvvəlcədən yüklənilmiş gedişlərdəki əlavə 5 qəpiklərdən istifadə edilməsinin mümkün olmadığı göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı qərar çıxarılmasını istəmişdi. Məhkəmə 13 iyun 2012-ci il tarixdə  “Azadlıq” qəzetinin təkzib verməsi və qəzetin Tağı Əhmədova 30 min manat təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.

Previous Post

VƏKİLİ FƏRƏMƏZ NOVRUZOĞLU İLƏ GÖRÜŞÜB

Next Post

AZƏRBAYCANDA DAHA BİR HÜQUQ MÜDAFİƏÇİSİ 2 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.