DAHA BİR BEYNƏLXALQ QURUM PREZİDENTƏ MƏKTUB GÖNDƏRİB

“Gün Səhər” qəzetnin bu günkü sayında verilən məlumatda bildirilir ki, dünyanın 45 azad media qurumunu birləşdirən Ümumdünya Mətbuat Azadlığı Komitəsi İlham Əliyevə məktub göndərib.

Məktub Komitənin icraçı direktoru E.Markham Benç tərəfindən imzalanıb.
 Məktubda həbs edilmiş bəzi jurnalistlərin əfv olunması müsbət qarşılansa da,  Eynulla Fətullayevin, Sakit Zahidovun, Qənimət Zahidovun və Müşfiq Hüseynovun hələ də həbsdə qalması acınacaqlı hal kimi qiymətləndirilib.
Yanvar ayında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının və qəzetin əməkdaşı Vüqar Ələkbərovun (Qurdqanlı) müvafiq olaraq 2 il və 1 il 6 ay müddətdə islah işlərinə cəlb edilmələri barədə hökm azad mətbuata açıq təzyiq hesab edilir. “Və bu da  dünyada demokratiyanın əsas atributlarından sayılan müstəqil mediaya və azad sözə qarşı basqıdır”.
Məktubda vurğulanır ki, “təhqirin cinayət hesab olunması məmurlara  özünü cəmiyyətdən və mediadan qorumağa imkan verir. Çox təəssüf ki, Azərbaycan da daxil olmaqla bəzi ölkələrdə belə cəza növləri xüsusilə mediaya və jurnalistlərə qarşı istifadə olunan təhlükəli silaha çevrilib. Və demokratik cəmiyyətlərdə azad informasiya mübadiləsinə maneə yaradır”.  

Previous Post

SÜLEYMANOVA “ÇAP EVİ” NƏŞRİYYATINDA APARILAN YOXLAMALARI ARAŞDIRIR

Next Post

MƏHBUSLARA BƏZİ QƏZETLƏR VERİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.