DAHA BİR JURNALİST ÖLÜMLƏ HƏDƏLƏNDİ

“Şou Akademiya” qəzetinin baş redaktor müavini, jurnalist Vüqar Kərimoğlu əməkdar artist Ədalət Şükürov tərəfindən ölümlə hədələnib.

RATİ-nin əməkdaşı ilə söhbətində Vüqar Kərimoğlu bildirib ki, “mən yanvar ayının 28-də “ATV” telekanalında yayımlanan  “El içində” verlişində qonaq idim. Verilişdə müğənnilərin hansı səs imkanına malik olması haqqında söz düşəndə mən öz subyektiv fikrimi bildirərək söylədim ki, Ə.Şükürovun səsi yoxdur. O yalnız fonoqramma ilə oxuya bilir.  Fevral ayının 2-də isə başqa bir çəkilişdə olduğum zaman Ə.Şükürov mənim telefonuma gizli nömrədən zəng edib. Telefona həmkarım cavab verib. Ə.Şükürov mənim ünvanıma nalayiq söyüşlər işlədib. Daha sonra saat 17:00-19:00 arası gizli nömrədən edilən zənglərin ardı-arası kəsilmədiyindən məcbur qalıb telefona cavab verdim. Ə.Şükürov məni təhqir etməyə başladı. Bir neçə dəfə onu təhqirlərə son qoymağa çağırış cəhdlərimə məhəl qoymayan Ə.Şükürov məni ölümlə də hədələdi. Mən artıq fevral 9-da bununla əlaqədar Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Bakı Şəhər Prokurorluğuna və Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmişəm”.

Previous Post

BƏYANAT

Next Post

Court on Ganimat Zahidov (feb.19)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.