Dünən (24 iyul) Lənkəran rayon Məhkəməsində hakim Cavanşir Məmmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU) xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən hazırlıq iclası keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) P.Əzimovun özü məlumat verib. Onun bildirdiyinə görə, əvvəl bu işə baxan hakim Azər Səmədov məzuniyyətə çıxdığı üçün iş hakim C.Məmmədovun icraatına keçib və hakim işə yenidən baxmaq qərarına gəlib:
“Hakim C. Məmmədov məhkəmənin hansı səbəbdən baxılmamış saxlanılmasına dair sual verdi. Mən də bildirdim ki, məsələni barışıq yolu ilə həll etmək üçün məhkəmə işi baxılmamış dayandırmışdı. Lakin universitet rəhbərliyi barışıq üçün müraciətlərimizə reaksiya vermədiyi üçün, yenidən məhkəməyə müraciət etdik.”
P. Əzimov işə mahiyyəti üzrə baxılması üçün vəsatət qaldırdıqlarını və hakimin vəsatəti təmin edərək, növbəti məhkəmə prosesinin 11 avqust tarixinə təyin etdiyini bildirdi.
Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı “Cənub Xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.