DEPUTATIN İDDİASI İLƏ “XURAL” QƏZETİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ BAŞLANIR

Bu gün (11 fevral)  Nərimanov rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə millət vəkili Etibar Hüseynovun “Xural” qəzetinə qarşı iddiasına əsasən məhkəmə hazırlıq iclası keçirildi.

İclasda cavabdeh  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov, iddiaçının vəkili Vüqar Əhmədov iştirak edirdilər.

Cavabdehin vəkili E. Sadıqov qəzetin Yasamal rayon ərazisində yerləşən “Ekspress nəşriyyat”da çap olunduğunu əsas gətirərək, işin Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırdı.

Hakim A.Əliyev vəsatəti təsdiq edən hər hansı bir sənədin təqdim edilməməsini, eləcə də cavabdehin vəkilinin etibarnaməsinin olmamasını  əsas gətirərək, vəsatətin təmin edilmədiyini bildirdi və prosesi 16 fevral saat 09:00-a təyin etdi.

Xatırladaq ki, millət vəkili Etibar Hüseynov “Xural” qəzetinin 23-29 yanvar 2011-ci il tarixli 0003 (411) saylı nömrəsində dərc edilmiş  “Dənsiz” adlı məqalədə barəsində yalan və həqiqətə uyğun olmayan məlumatların yazıldığını bildirərək, onun şərəf və ləyaqətinə toxunan ifadələrin yer aldığını əsas gətirib  və məhkəməyə müraciət edib.

Previous Post

İNFORMASİYA AGENTLİYİ ƏMƏKDAŞI PARLAMENTƏ AKKREDİTASİYA EDİLMNİR

Next Post

NAXÇIVANDA İNSAN HAQLARI VƏ MEDİA SAHƏSİNDƏ MÜSBƏT İRƏLİLƏYİŞ YOXDUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.