İNFORMASİYA AGENTLİYİ ƏMƏKDAŞI PARLAMENTƏ AKKREDİTASİYA EDİLMNİR

Milli Məclis “Sosial” İnformasiya Agentliyinin  Azərbaycan parlamentinin fəaliyyətini işıqlandırmaq üçün etdiyi müraciəti cavabsız qoyub. Bu barədə bu gün (11 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) sözügedən agentliyin  direktoru Taleh Şahsuvarlı məlumat verib.

Onun sözlərinə görə,  rəhbərlik etdiyi agentlik heç bir əsas olmadan Milli Məclisin fəaliyyətini müşahidə etmək imkanından kənarlaşdırılıb: “Yanvar ayında Milli Məclisin fəaliyyətini yaxından müşahidə etmək üçün rəsmi müraciət etmişik. Məqsəd o idi ki, Milli Məclisə  akkreditasiya edilim. Milli Məclisin mətbuat xidmətindən isə  mənə bildirdilər ki, fevral ayında keçiriləcək iclasda agentliyimizə iştirak etməyə icazə veriləcək. Amma dünən mənə bildirdilər ki, “Sosial” İnformasiya Agentliyi bu imkandan məhrum edilib”.

T. Şahsuvarlı onu da qeyd etdi ki,  Milli Məclisin sədri Oqtay Əsədova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə, Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edərək  peşə fəaliyyətini normal şəraitdə həyata keçirməyinə nə kimi manelərin ola biləcəyi barədə  və məsələnin araşdırılması məqsədilə sorğu göndəriləcək.

RATİ məsələyə münasibət bildirməsi üçün Milli Məclisin 510 – 90 – 04 və 498 – 97 – 48 nömrəli telefonları ilə əlaqə saxlamağa çalışsa da,  edilən zənglərə gün ərzində cavab verilməyib.

Xatırladaq ki, “Sosial” İnformasiya Agentliyi 2009-cu ilin oktyabrında dövlət qeydiyyatından keçib, agentliyə məxsus “axar.az” portalı fəaliyyət göstərir.

 

Previous Post

STANDARTLAŞDIRMA HAQDA YENİ QANUN LAYIHƏLƏRİ HAZIRLANIB

Next Post

DEPUTATIN İDDİASI İLƏ “XURAL” QƏZETİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ BAŞLANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.