“İDEAL” QƏZETİNİN AXTARIŞDA OLAN TƏSİSÇİSİ HƏBS OLUNDU

Dünən (24 aprel) axşam saatlarında “İdeal” qəzetinin təsisçisi Nazim Quliyev həbs olunub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumatı N. Quliyevin qardaşı Bəhruz Quliyev verib.
Onun sözlərinə görə, N. Quliyev həbs olunduqdan sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb və hal-hazırda orda saxlanılır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla əlaqə saxladıq. E. Zahidov bildirib ki, Cinayət Məcəlləsinin (CM) 4 maddəsi ilə axtarışda olan Nazim Quliyev DİN-nin Baş Cinayət Axtarış İdarəsi və Abşeron rayon polis şöbəsi əməkdaşlarının birgə həyata keçirilmiş tədbirlər nəticəsində tutularaq istintaqa təhvil verilib. O, həmçinin N. Quliyevin istintaq təcridxanalarının birində saxlandığını vurğuladı.
N. Quliyevin vəkili Vüqar Xasayev isə Bəhruz Quliyevin sözləri təsdiqləyərək söyləyib ki, qəzetin təsisçisi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır. Həmçinin vəkilin bildirdiyinə görə, o, bu gün (25 aprel) idarənin rəisi Mirqafar Seyidovla və orada saxlanılan N. Quliyevlə görüşüb. Onun sözlərinə görə, qəzetin təsisçisinin vəziyyəti normaldır və saxlanma şəraitindən heç bir şikayəti yoxdur. V. Xasayev qeyd etdi ki, bu gün Ombudsman aparatının iki əməkdaşı təsisçi ilə görüşüb.
Xatırladaq ki, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının Nazim Quliyevə qarşı Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən, 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsinin hakimi Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Həmçinin Nazim Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunub.
Previous Post

İNSAN HÜQUQLARI EVİNİN AÇILIŞ MƏRASİMİ

Next Post

ANS TV-NİN ƏMƏKDAŞLARI POLİS TƏZYİQİNƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.