ANS KİV-lərə qarşı iddiasını geri götürüb

ANS Şirkətlər Qrupu bir sıra kütləvi informasiya vasitələri ilə bağlı qaldırdığı məhkəmə iddialarını geri çağırıb. Bu barədə “anspress.com” saytı məlumat verib. Məlumatda bildirilir ki, şirkət rəhbərliyi hüquq departamentinin simasında bu addımını onunla əsaslandırıb ki, həmin mətbuat orqanlarının bəziləri artıq ANS-ə, buraxılmış səhvlərin anlaşılmazlığın nəticəsi olduğunu etiraf edib, bəziləri isə yol verilmiş xətaları bilərəkdən etmədiklərini və bununla əlaqədar ANS-in mövqeyini dərc etməyə hazır olduqlarını bildirməklə ANS-in onlara qarşı irəli sürdüyü iddiaları təmin etmiş olublar.

Qeyd edək ki, ANS Şirkətlər Qrupu “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə iddiasını geri götürüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən  qəzetin hüquqşünası Vaqif Hüseyn ANS Şirkətlər Qrupunun rəhbərliyinin qəzetə zəng edərək, qəzetlərə qarşı son məhkəmə prosesləri nəticəsində onların bağlanma təhlükəsini nəzərə alaraq, ANS-in  belə bir həmkar jesti etdiyini bildirib.

“Şirkət məhkəməyə müraciət etməklərinin səbəbinin  demokratik hüquqlarından istifadə etmək məqsədi daşıdığını deyib. ANS həmçinin məhkəməyə verdikləri qəzetlərə qarşı ciddi təhlükə varsa, o bağlanmaq təhlükəsi ilə üz-üzədirsə, bu prosesə qoşulmayacaqlarını, ona görə də iddiadan imtina etdiklərini qeyd edib”,-deyə hüquqşünas bildirib.

Onu da qeyd edək ki, ANS “aznews.az” saytına qarşı iddiasını geri götürüb.

 Xatırladaq ki, ANS PRESS Nəşriyyat evi” MMC-nin iddiasına səbəb “Yeni Müsavat” qəzetinin 1 yanvar 2013-cü il tarixli sayında gedən “ANS-in iki jurnalı bağlandı” (bit.ly/W4JMRO) adlı yazı səbəb olmuşdu. İddiaçı tərəf məhkəmə iddiasında “aznews.az” saytından 100 min manat, “Yeni Müsavat” qəzetindən isə 20 min manat təzminat, eləcə də, hər iki cavabdehdən təkzib tələb edirdi.

Previous Post

Hilal Məmmədovun məhkəməsində ekspert dindirilib

Next Post

Baş redaktorun məhkəməsində şahidlər dindirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.