“ANS Press”ın www.anspress.com saytı hakerlər tərəfindən dağıdılıb.
Bu barədə RATİ-yə “ANS Press” saytının əməkdaşı Sevda Həsənova məlumat verib. Onun sözlərinə görə, hakerlərin sayta hücumu dekabr ayının 8-i, təxminən saat 15:00 radələrində baş verib.
Onun sözlərinə görə, bütün cəhdlərə baxmayaraq saytı bərpa etmək mümkün olmayıb. Həsənova bildidi ki, “ANS Press” saytının hostinqi Amerika Birləşmiş Ştatlarında yerləşən serverlərin birindədir və saytın bərpası üçün texniki köməklik də yalnız server tərəfindən edilə bilər. Onun sözlərinə görə, hakerlərin sayta hansı ölkənin ərazisindən hucum etdikləri server üçün də qaranlıq qalıb. Buna baxmayaraq Həsənova saytın ermənilər tərəfindən dağıldığını iddia edib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinə görə, 20 ilə yaxındır ki, Ermənistanla Azərbaycan müharibə şəraitində yaşayır. 1994-cü il may ayının 12-dən iki ölkə arasında atəşkəs elan edilsə də, indiyə qədər bu qonşu Cənubi Qafqaz ölkələri arasında heç bir diplomatik əlaqə yoxdur. Bu səbəbdən də mütəmadi olaraq hər iki ölkəyə aid ayrı-ayrı saytlar qarşılıqlı olaraq haker hücumlarına məruz qalır.